Azərbaycan Ermənistan sülh müqaviləsi, mayda sülh sazişi, Məhəmməd Əsədullazadə, Nikol Paşinyan, Ermənistan Konstitusiyası, Vaşinqtonun təşviqi, sülh prosesi, Konstitusiya
Baş xəbərSiyasət

Məhəmməd Əsədullazadə: Prezident İlham Əliyevin Şuşada verdiyi mesaj mühüm siyasi əhəmiyyət daşıyır

Bugun.tv xəbər verir ki, siyasi ekspert, Milli Cəbhə Partiyası sədrinin müavini Məhəmməd Əsədullazadə Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunda Ukrayna ilə bağlı səsləndirdiyi fikirlərin mühüm siyasi əhəmiyyət daşıdığını bildirib.

Ekspert qeyd edib ki, dövlət başçısının ukraynalı jurnalistlərin suallarını cavablandırarkən Ukraynanın ərazi bütövlüyünə dəstəyini ifadə etməsi və Rusiya-Ukrayna müharibəsinin başa çatmasının vacibliyini vurğulaması Azərbaycanın xarici siyasətdə prinsipial mövqeyini bir daha nümayiş etdirib. Onun sözlərinə görə, bu bəyanatlar Moskvada müəyyən narahatlıq yaratsa da, Azərbaycanın beynəlxalq hüququn fundamental prinsiplərinə sadiqliyini göstərir.

Məhəmməd Əsədullazadə bildirib ki, uzun illər ərazi bütövlüyü pozulmuş bir dövlət kimi Azərbaycan bütün ölkələrin suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət edilməsinin tərəfdarıdır. O hesab edir ki, Prezident İlham Əliyevin çıxışında sülhün və dövlətlərin ərazi bütövlüyünün ön plana çəkilməsi yeni beynəlxalq münasibətlər sisteminə verilmiş mühüm siyasi mesajdır.

Siyasi ekspert vurğulayıb ki, Rusiya Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə hörmət etməli və münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə üstünlük verməlidir. Onun fikrincə, müharibənin uzanması Rusiyanı hərbi, siyasi və iqtisadi baxımdan ciddi çətinliklərlə üz-üzə qoyur və davamlı sülh regionun təhlükəsizliyi üçün böyük əhəmiyyət daşıyır.

Əsədullazadə əlavə edib ki, hazırda dünyada müşahidə olunan siyasi böhran yeni beynəlxalq siyasi nizamın formalaşmasına qədər davam edəcək və bu prosesin 2035-ci ilədək davam etməsi gözlənilir.

Mənbə: Məhəmməd Əsədullazadə

Aynur Camal

Oxşar xəbərlər

Tramp Ontario gölünün adını “Amerika gölü” olaraq dəyişdirmək üçün fərman imzaladı

Aynur Camal

Məhəmməd Əsədullazadə: “Heç kimə Rusiya və İranın kəşfiyyatı tərəfindən yaradılan əski parçalarını reklam etmək haqqı verilmir”

Aynur Camal

Vüqar Bayramov: Azərbaycana gələn turistlərin 30 faizi Türk dövlətlərinin vətəndaşlarıdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu