13 C
Baku
24 Aprel 2026, 13:15
Digər

Çin Ayda iki yeni mineral kəşf etdi

Çinli alimlər Ay səthindən gətirilən nümunələr üzərində apardıqları tədqiqatlar nəticəsində daha əvvəl məlum olmayan iki yeni mineral aşkar ediblər. Bu barədə Global Times nəşri məlumat yayıb.

Məlumata görə, kəşf Çin Uzay Günü çərçivəsində, Sıçuan əyalətinin Çendu şəhərində keçirilən tədbirdə elan olunub. Yeni minerallar Çang’e-5 missiyası zamanı toplanan Ay qayası və torpaq nümunələrində aşkar edilib.

Alimlər bu minerallara “magnezioçanqızit-(Y)” və “çanqızit-(Ce)” adlarını veriblər. Onların nadir torpaq fosfatları kateqoriyasına aid olduğu və Beynəlxalq Mineralogiya Assosiasiyası tərəfindən rəsmi şəkildə təsdiqləndiyi bildirilib.

Qeyd olunur ki, bu tapıntılar Çinin Ayda kəşf etdiyi ikinci və üçüncü minerallar hesab olunur. Bundan əvvəl, 2022-ci ilin sentyabrında Çin alimləri Ay nümunələrində “çanqızit-(Y)” adlı mineral aşkar etmişdilər.

Yeni kəşflərlə birlikdə Ayda məlum olan mineral növlərinin sayı 8-ə çatıb. Çin bu sahədə ABŞ və Rusiyadan sonra Ay nümunələrini Yerə gətirərək elmi tədqiqatlar aparan ölkələrdən biridir.

Xatırladaq ki, Çang’e-5 aparatı 2020-ci ilin noyabrında Ay səthinə göndərilmiş və topladığı 1,73 kiloqram nümunə ilə həmin ilin dekabrında Yerə qayıtmışdı.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Alimlər okeanın dibində tapılan “qızıl kürə”nin sirrini açdı

Aynur Camal

Dmitriyev Putinin G20 sammitinə mümkün dəvəti ilə bağlı danışdı

Aynur Camal

İtaliya Dünya Kuboku təklifini rədd etdi: “Mümkün deyil və uyğun deyil”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu