15.7 C
Baku
17 May 2025, 1:14
Baş xəbərDünya

Çin yeni döyüş təyyarələri yaratmaq üçün süni intellektdən istifadə edir

Çin ordusunun istifadə etdiyi J-15 və J-35 döyüş təyyarələrinin dizaynını həyata keçirən Xinyang Təyyarə Layihə İnstitutunun baş konstruktoru Vanq Yonçinq Chinanews.com saytına verdiyi müsahibədə yeni nəsil döyüş təyyarəsi texnologiyalarının inkişafında süni intellektdən səmərəli istifadə etdiklərini bildirib.

ChatGPT və DeepSeek kimi böyük dil modellərinin praktik ehtiyaclar üçün mürəkkəb problemlərin təhlili və həllində necə istifadə oluna biləcəyi ilə bağlı dərin araşdırma prosesi apardıqlarını ifadə edən Vang, texnologiyanın tətbiqlər, yeni fikirlər və yanaşmalar inkişaf etdirmək baxımından artıq ümidverici nəticələr verdiyini bildirib.

Vanq süni intellektin tədqiqatçıları yorucu nəzərdən keçirmə işlərindən azad etdiyini və onlara daha kritik məsələlərə fokuslanmağa imkan verdiyini qeyd edərək, “Bu, aviasiya və kosmik tədqiqatların gələcək istiqamətinə işarə edən çox vacib bir addımdır” deyib.

Shinyang Təyyarə Layihə İnstitutu Çin Hərbi Dəniz Qüvvələri üçün J-15 çoxməqsədli döyüş təyyarəsini və Çin Hərbi Hava Qüvvələri üçün 5-ci nəsil J-35 gizli döyüş təyyarəsini hazırlayıb. İnstitutun hazırladığı iddia edilən 6-cı nəsil döyüş təyyarəsi J-50-nin qeyri-rəsmi sınaq uçuşlarından görüntülər də Çin sosial mediasında yayılıb.

DeepSeek

Çindəki High-Flyer Quant investisiya fondu tərəfindən dəstəklənən DeepSeek, 26 dekabr 2024-cü ildə, digər süni intellekt şirkətləri ilə müqayisədə aşağı qiymətə və az sayda çipdən istifadə edərək hazırladığı yeni açıq mənbəli DeepSeek V3 modelini, 20 yanvarda isə R1-i təqdim etdi.

Tezliklə dünyada geniş istifadə olunan süni intellekt modeli ABŞ-da yerləşən ChatGPT-ni geridə qoyaraq tətbiq mağazalarında ən çox yüklənən süni intellekt proqramı oldu.

Çin şirkətinin ucuz qiymətə süni intellekt modelini bazara çıxarması, Qərb şirkətlərinin, xüsusilə də ABŞ-ın sektorda hökmranlığı və bu sahədə böyük xərcləmələri ilə bağlı şübhələri artırmış, eyni zamanda texnologiya ehtiyatları başda olmaqla qlobal bazarlarda satış təzyiqinə səbəb olmuşdur.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Blinken Türkiyədə səfərdədir

İntizar Əmirova

Kanada vətəndaşlarına İsrailə getməmələri ilə bağlı xəbərdarlıq etdi

Kəmalə Sultan

İsrailin nüfuzlu universitetinin rəhbərliyi Bakıda səfərdədir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu