Baş xəbərDünya

Çində 49 avtomobil toqquşub, azı 16 nəfər ölüb

Xarici Xəbərlər. 

Çinin mərkəzindəki Hunan əyalətində magistral yolda 49 avtomobilin toqquşması nəticəsində azı 16 nəfər ölüb.

Şənbə günü axşam 10 dəqiqə ərzində bir-biri ilə bağlı olan bir neçə yol qəzası baş verib.

Qəzaların birində yeddi nəfər, digər üç qəzada doqquz nəfər ölüb. Hadisə zamanı bir neçə avtomobil yanıb. Eyni zamanda 66 nəfər yaralanıb.

Qəzanın baş verdiyi ərazidə nəqliyyatın hərəkəti bərpa edilib. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Mənbə: GlobalTimes

Aynur Camal

Oxşar xəbərlər

Sivasda yetişdirilən “Türk qızılbalığı” dünya bazarına ixrac olunur

Aynur Camal

“Məkkə Birgə Müdafiə Sazişi”dən sonra cümə namazı qılındı

Aynur Camal

ABŞ Apelyasiya Məhkəməsi Trampın Ağ Evdə 400 milyon dollarlıq bal zalı layihəsini dayandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu