Hadisə

Çində fişəng zavodunda partlayış: 26 nəfər ölüb, 61 nəfər yaralanıb

Bugun.tv xəbər verir ki, Çinin cənubundakı Hunan əyalətində fişəng istehsal edən zavodda baş verən güclü partlayış nəticəsində 26 nəfər həyatını itirib, 61 nəfər yaralanıb.

Məlumata görə, hadisə əyalətin inzibati mərkəzi olan Çanşa şəhərinin Liuyan rayonunda yerləşən Huasheng Fireworks şirkətinə məxsus müəssisədə qeydə alınıb.

Çanşa şəhərinin meri Çın Bojanq bildirib ki, partlayış zamanı zavodda çalışan 26 işçi həlak olub. Yaralılardan 6 nəfərin vəziyyəti ağır qiymətləndirilir və onlar reanimasiya şöbəsində müalicə alırlar.

Hadisədən sonra yanğınsöndürmə, təcili yardım, polis və səhiyyə xidmətlərindən 1500 nəfərlik heyət əraziyə cəlb olunub. Axtarış-xilasetmə işlərinin böyük hissəsinin artıq başa çatdığı açıqlanıb.

Si Cinpin hadisə ilə bağlı dərhal araşdırma aparılmasını, məsul şəxslərin cavabdehliyə cəlb olunmasını və istehsalat təhlükəsizliyi tədbirlərinin gücləndirilməsini tapşırıb.

Qeyd edək ki, Liuyan rayonu Çində əyləncə məqsədli partlayıcı vasitələrin əsas istehsal mərkəzlərindən biri hesab olunur.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Atlantik okeanında sərnişin gəmisində virus şübhəsi: 3 nəfər öldü

Aynur Camal

Rus polis əməkdaşına bombalı hücum edildi

Aynur Camal

Güclü qış fırtınası ABŞ-ın şimal-şərqində məktəbləri bağlayıb, həyatı iflic edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu