Qəzzada baş verən son hadisələrdən sonra BMT Təhlükəsizlik Şurası təcili toplaşıb. Çinin BMT-dəki Daimi Nümayəndəsi Fu Konq, “dərhal atəşkəs” çağırışını təkrarlayaraq, mülki şəxslərin və mülki obyektlərin heç vaxt hərbi əməliyyatların hədəfi olmamalı olduğunu və bunun beynəlxalq humanitar hüquqla müəyyən edilmiş qırmızı xətt olduğunu vurğulayıb.
Qəzzada baş verən son hadisələri müzakirə etmək üçün dünən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) fövqəladə sessiya keçirilib.
Çin nümayəndəsi gərginliyin artmasının qarşısını almaq üçün “dərhal atəşkəs” çağırışını təkrarlayıb. Çin nümayəndəsi Fu çıxışında çoxlu sayda mülki əhalinin toplaşdığı məktəblərə dəfələrlə hücum edildiyini və bu cür cəhdlərin son dərəcə “iyrənc” olduğunu bildirib.
Gərginliyin artmasının qarşısını almağın açarının ən qısa zamanda Qəzzada daimi atəşkəsin yaradılması olduğuna diqqət çəkən Fu, Çinin beynəlxalq ictimaiyyətlə birlikdə Qəzzada müharibəni ən qısa zamanda dayandırmalı, humanitar fəlakətə son qoymalı olduğunu söyləyib. İki dövlət həllini həyata keçirmək və Yaxın Şərqdə daimi sülhü təmin etmək məqsədinə çatmaq üçün fasiləsiz səy göstərməyə hazır olduğunu qeyd edib.
Sessiyada BMT Baş Katibinin Siyasi və Sülh Quruculuğu Məsələləri üzrə müavini Rosemary DiCarlo və BMT-nin Humanitar Məsələlərin Koordinasiya Ofisi (OCHA) Humanitar Yardımın Maliyyələşdirilməsi və Resurs Transferi Bölməsinin direktoru Lisa Doughten Qəzzada baş verən son hadisələr haqqında məlumat veriblər.
Avqustun 10-da İsrailin Qəzzada məktəbi vurmasından sonra təcili şəkildə toplaşdıqlarını ifadə edən DiKarlo bunun atəşkəs razılaşmasının əldə edilməsi, girovların azad edilməsi və Qəzzəyə humanitar yardımların artırılmasının bir daha aktuallığını göstərdiyini vurğulayıb.
Lisa Doughten həmçinin Qəzzada məktəblərə hücumların gündən-günə artdığına və köçkünlərin sığındığı məktəblərə qarşı ən azı 21 hücumun təşkil edildiyinə diqqət çəkərək, tərəfləri dərhal hərəkətə keçməyə çağırıb.
Köçkünlərin Qəzzada sığındığı məktəb avqustun 10-da İsrail hava qüvvələri tərəfindən bombalanıb. Partlayış nəticəsində 100-dən çox insan həyatını itirib, onlarla insan yaralanıb.
Xəbər mənbəyi: Xəbər Agentliyi (DHA)