Dünya

Avropada rekord istilərlə bağlı xəbərdarlıq edildi

Bugun.tv xəbər verir ki, Avropada müşahidə olunan rekord istilərlə bağlı ekspert xəbərdarlığını gündəmə gətirib.

Məlumata görə, Kopernik İqlim Dəyişikliyi Xidmətinin nümayəndəsi Karlo Buontempo bildirib ki, Avropada istilik dalğaları artıq daha tez-tez baş verir və əvvəlki illərlə müqayisədə daha uzun müddət davam edir.

Ekspert qeyd edib ki, iqlim dəyişiklikləri səbəbindən isti hava dalğaları yalnız Cənubi Avropa ölkələrini deyil, demək olar ki, bütün qitəni əhatə etməyə başlayıb. Onun sözlərinə görə, 2026-cı ilin yayının ən isti yaylardan biri olacağı istisna edilmir.

Materialda vurğulanır ki, rekord temperatur göstəriciləri xüsusilə İspaniya, Fransa, İtaliya və Balkan ölkələrində ciddi narahatlıq yaradıb. Meteoroloqlar istilərin intensivliyinin artdığını və bunun insan sağlamlığı ilə yanaşı kənd təsərrüfatına da təsir etdiyini bildiriblər.

Mənbə: Euronews

Aynur Camal

Oxşar xəbərlər

Pakistanda hərbi təlim təyyarəsi qəzaya uğradı, iki pilot öldü

Aynur Camal

Təmiz su tələbi ilə etirazlar toqquşmaya çevrildi

Aynur Camal

Başörtülü şagirdlərin məktəbə buraxılmaması müzakirələrə səbəb oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu