25 C
Baku
27 İyul 2024, 4:08
DünyaHadisə

Dəhşətli yol qəzası zamanı 2 nəfər həyatını itirdi 6 nəfər yaralandı

Şanlıurfanın Siverek rayonunda 2 avtomobilin toqquşması nəticəsində baş verən yol qəzasında 2 nəfər ölüb, 6 nəfər yaralanıb.

Bugun.tv xəbər verir ki, hadisə Diyarbəkir şosesinin Siverek rayonu Gerçək məhəlləsi yaxınlığında baş verib. Haçım Karacanın idarə etdiyi 59 TM 100 dövlət nömrə nişanlı avtomobillə Abdullah Aslantaşın idarə etdiyi 06 DOY 733 dövlət nömrə nişanlı avtomobil toqquşub.

TRT Haberin məlumatına görə qəzada sürücülər Haçım Karaca və Baran Karaca hadisə yerində həyatını itirərkən, ağır yaralanan Abdullah Aslantaş, Medeni Aslantaş, Emrah Aslantaş, Ümran Aslantaş, Bilal Özdemir və Rəcəb Yıldız isə bölgəyə sövq edilən təcili yardım maşınları ilə Siverek Dövlət Xəstəxanasına aparılıb. . Bölgədə geniş təhlükəsizlik tədbirləri alan polis qrupları yolu bir müddət trafikə bağladı. Maşınlar çıxarıldıqdan sonra yol yenidən hərəkət üçün açılıb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Nigar Məmmədova

Oxşar xəbərlər

İki fərqli nöqtədə meşə yanğını başladı – FOTO

Bugün TV

Paytaxtda zəncirvari qəza! 10 maşın toqquşdu – FOTO

Kəmalə Sultan

Tənha qoca zibillə dolu evində ölü tapılıb

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu