dəniz tısbağası, Filippin, Moalboal, dəniz süngəri, dəniz həyatı, heyvanlar, maraqlı görüntü, vəhşi təbiət
Maraqlı faktlar

Dalğıcın gördüyü mənzərə hər kəsi təəccübləndirdi – tısbağa süngərin içində yatırdı

Bugun.tv xəbər verir ki, Filippində dalğıcın çəkdiyi qeyri-adi görüntülər sosial şəbəkələrdə böyük marağa səbəb olub.

Moalboal bölgəsində dalış edən şəxs dənizin dibində üzərində hərəkətsiz vəziyyətdə dayanan dəniz tısbağası görüb. Tısbağanın başının və bədəninin bir hissəsinin dəniz süngərinin içində olması ilk baxışdan heyvanın təhlükədə olduğu təəssüratı yaradıb.

Lakin sonradan məlum olub ki, tısbağa sadəcə istirahət edir və yatıb. Dəniz tısbağalarının müəyyən vaxtlarda qayalar, mərcanlar və digər strukturlar arasında dincəlməsi normal davranış sayılır.

Görüntüləri izləyən bəzi insanlar əvvəlcə tısbağanın öldüyünü düşünüblər. Ancaq heyvanın təhlükədə olmadığı məlum olduqdan sonra video sosial şəbəkələrdə əyləncəli və maraqlı reaksiyalar doğurub.

Mütəxəssislər dəniz tısbağalarının istirahət zamanı uzun müddət hərəkətsiz qala bildiyini bildirirlər.

Mənbə: Discover Wildlife

Aynur Camal

Oxşar xəbərlər

Tarlalara 25 min qutu yumurta qabığı səpildi – Səbəbi təəccübləndirdi

Aynur Camal

Sidr ağacından alınan yağ yuxuya müsbət təsir göstərə bilər

Aynur Camal

Ucuz keramika fincanlarda təhlükəli maddələr ola bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu