Baş xəbərHadisə

Daşkəsəndə sel ciddi fəsadlara yol açdı – FOTOLAR/VİDEO

Bugun.tv-nin Qərb bürosunun məlumatına görə, axşam saat 20:00 radələrində Daşkəsənə yağan intensiv leysan yağışları qısa müddətdə güclü dağıdıcı selə və çaylarda daşqınlara səbəb olub.

Hazırda Daşkəsən şəhərindən, rayonun Qabaqtəpə, Əmirvar, Gurbulaq, Dəstəfur, Alaxançallı, Xoşbulaq, Çovdar, Çanaqçı və Qaraqullar kəndlərindən sel keçir, ərazidəki çaylar məcrasından çıxaraq daşıb. Rayonun yol infrastrukturuna, elektrik xətlərinə, fərdi yaşayış evlərinə, əkin sahələrinə, heyvandarlıq və arıçılıq təsərrüfatlarına ciddi ziyan dəyib. Dağlardan iri qaya parçaları və palçıq kütlələri avtomobil yollarına töküldüyündən əksər yollarda nəqliyyatın hərəkəti tamamilə dayanıb. Bəzi yaşayış evlərinə su dolub.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin rəhbərliyi ilə ziyanların aradan qaldırılması istiqamətində işlər ərazi mülki müdafiə qüvvələri ilə birgə davam etdirilir.

Bugün TV

Oxşar xəbərlər

Psixoloqlar açıqlayır: Xırda detalları xatırlayan insanlar sadəcə diqqətli olmurlar

Aynur Camal

Xəzər Universitetində HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni binası və klinikası istifadəyə veriləcək

Aynur Camal

“Cəfər Cabbarlı – Müasirimizdir” layihəsinin icrasına başlanılıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu