Baş xəbər

Deputat Elnarə Akimova seçicilərlə görüş keçirdi – FOTOLAR

Milli Məclisin deputatı Elnarə Akimova seçicilərlə görüş keçirib.

Bugun.tv- xəbər verir ki, 6 mart 2025-ci il tarixində 46 saylı Sumqayıt beşinci seçki dairəsinin deputatı Elnarə Akimovanın seçicilərlə növbəti qəbulu baş tutdu. Görüş zamanı vətəndaşlar öz problemlərini, təkliflərini və onları narahat edən müxtəlif məsələləri deputata çatdırıblar.

Görüşdə iştirak edən vətəndaşların müraciətləri əsasən sosial təminat, məşğulluq, ünvanlı dövlət sosial yardımı və digər məsələlər ətrafında oldu. Deputat hər bir müraciəti diqqətlə dinlədi və nəzarətə götürüldü.

Deputat Elnarə Akimova vətəndaşların müraciətlərini diqqətlə dinləyərək onların həlli istiqamətində müvafiq addımlar atacağını vurğuladı. O, seçicilərin problemlərinin həllinə kömək etmək üçün davamlı olaraq çalışacağını qeyd etdi. Görüşün əsas məqsədi vətəndaşlarla birbaşa ünsiyyətdə olmaq, onların qayğı və ehtiyaclarını daha dərindən anlamaq olub.

Aynur Camal

Oxşar xəbərlər

“Müstəqilliyimizi qorumaq və möhkəmləndirmək əsas vəzifəmizdir”

Aynur Camal

Ceyhun Məmmədov 28 May – Müstəqillik Günü münasibətilə paylaşım edib

Aynur Camal

28 May – Azərbaycan xalqının istiqlal yolunun başlanğıcı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu