Baş xəbərİqtisadiyyat

Deputat Malayziya Senatının Prezidenti ilə viza liberallaşdırılmasını müzakirə etdi

Bugun.tv xəbər verir ki, Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov Malayziyaya səfəri çərçivəsində Malayziya Senatının Prezidenti Avanq Bemee ilə görüşüb.

Deputat bu barədə öz sosial media hesabıında paylaşım edib.

Görüş zamanı Azərbaycan və Malayziya arasında münasibətlərin daha da inkişaf etdirilməsi, eləcə də qanunverici orqanlar arasında əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub.

Tərəflər ölkələr arasında viza liberallaşdırılması ilə bağlı anlaşma sənədinin daha qısa müddətdə imzalanmasının vacibliyini vurğulayıblar.

Bununla yanaşı, kənd təsərrüfatı və emaledici qida sənayesi sahələrində əməkdaşlıq perspektivləri ətrafında da fikir mübadiləsi aparılıb.

Aynur Camal

Oxşar xəbərlər

Vüqar Bayramov: Malayziya iş adamları Azərbaycanla qeyri-neft sektorunda əməkdaşlıqda maraqlıdır

Aynur Camal

Qərbi Azərbaycanın mədəni irsi III Konqres-Festivalda müzakirə olundu

Aynur Camal

Bağ evində qalan tikinti materiallarından nə hazırlamaq olar: faydalı və sadə ideyalar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu