Baş xəbərİqtisadiyyat

Deputat Vüqar Bayramov: Qeyri-neft-qaz idxalının azalması valyuta axını baxımından müsbət tendensiyadır

Bugun.tv– xəbər verir ki, Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov 2026-cı ilin yanvar-may aylarında Azərbaycanın qeyri-neft-qaz sektorunda idxal və ixrac göstəricilərini şərh edib.

Deputat sosial media hesabındakı paylaşımında bildirib ki, rəsmi statistikaya əsasən, hesabat dövründə qeyri-neft-qaz idxalı real ifadədə 45,4 faiz azalıb, qeyri-neft-qaz ixracı isə 3,7 dəfə artıb. Onun sözlərinə görə, idxalın azalması və ixracın artması valyuta hərəkəti baxımından ölkə iqtisadiyyatı üçün müsbət tendensiya hesab olunur.

Vüqar Bayramov qeyd edib ki, idxalın azalması valyutanın ölkədə qalmasına, ixracın artması isə ölkəyə daha çox xarici valyutanın daxil olmasına şərait yaradır.

Deputatın sözlərinə görə, qeyri-neft-qaz idxalındakı kəskin azalmanın əsas səbəblərindən biri minik avtomobillərinin idxalının azalmasıdır. Bu ilin ilk beş ayında Azərbaycana 430,2 milyon dollar dəyərində 23 min 411 avtomobil idxal olunub ki, bu da real ifadədə 40 faiz azalma deməkdir.

O bildirib ki, eyni dövrdə dərman vasitələrinin idxalı 34 faiz, məişət kondisionerlərinin idxalı 20 faiz, polad prokatının idxalı isə 10 faiz azalıb.

Vüqar Bayramov əlavə edib ki, çay, kartof, ayaqqabı, şokolad və bir sıra digər sənaye və qida məhsullarının idxalında da azalma müşahidə olunub.

Aynur Camal

Oxşar xəbərlər

Rusiyada dron təhlükəsi: Azərbaycan-Rusiya reysləri də risk altında – xarici aviaşirkət uçuşları dayandırdı

Aynur Camal

Vüqar Bayramov: Azərbaycan süni intellekt və rəqəmsal texnologiyalar üzrə regional mərkəzə çevrilə bilər

Aynur Camal

Araşdırma: Çox kofein qəbul edənlər daha az, amma daha dərin yata bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu