ülgüc paylaşmaq, ülgüc gigiyenası, dəri infeksiyaları, hepatit B, hepatit C, təraş, şəxsi gigiyena, dermatoloq xəbərdarlığı
Səhiyyə

Dermatoloq xəbərdarlıq etdi: Eyni ülgücdən iki nəfərin istifadə etməsi təhlükəlidir

Bugun.tv xəbər verir ki, eyni ülgücdən iki nəfərin növbə ilə istifadə etməsi infeksiyaların yayılması riskini artıra bilər. Dermatoloq və veneroloq Yekaterina Simakova bildirib ki, bu qayda hətta həyat yoldaşları və yaxın ailə üzvləri üçün də keçərlidir.

Mütəxəssisin sözlərinə görə, təraş zamanı ülgücün üzərində mikroskopik dəri hissəcikləri, bioloji mayelər və qan qala bilər. Proses zamanı görünməyən xırda dəri zədələnmələri də yaranır. Bu isə mikroorqanizmlərin digər şəxsin dərisinə keçməsini asanlaşdıra bilər.

Xüsusilə insanlardan birində iltihablı dəri xəstəliyi və ya irinli səpkilər olduqda risk artır. Ülgücdə qalan bakteriyalar digər şəxsdə tük follikullarının iltihabına və yeni səpkilərin yaranmasına səbəb ola bilər.

Həkim həmçinin qan vasitəsilə yayılan infeksiyalara diqqət çəkib. Onun sözlərinə görə, gündəlik məişət şəraitində risk aşağı olsa da, mikrokəsiklər və qanla təmas zamanı hepatit B və C viruslarının ötürülməsi ehtimalı tam istisna edilmir.

Ülgücü sadəcə su ilə yaxalamaq bütün mikrobların yox olmasına zəmanət vermir. Spirtlə və digər məişət vasitələri ilə təmizləmə də etibarlı dezinfeksiya üsulu hesab olunmur.

Dermatoloq ən təhlükəsiz variantın hər bir şəxsin öz ülgücündən və ya ayrıca bıçaq kasetindən istifadə etməsi olduğunu bildirib.

Mənbə: Health Mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Günəşli günlər azalarkən D vitamini hansı qidalardan almaq olar?

Aynur Camal

“V. Putin Ukraynanı digər ölkələrə qarşı hücum üçün əsas açar hesab edir”

Aynur Camal

Evdə havanın təmizlənməsi beynin fəaliyyətini yaxşılaşdıra bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu