Maraqlı faktlar

Dünyanın ən sərt balığı hesab olunur – bıçaqla deyil, rəndə ilə istifadə edilir

Bugun.tv xəbər verir ki, Yaponiya mətbəxinin ən maraqlı məhsullarından biri hesab edilən katsuobuşi xüsusi hazırlanma üsulu sayəsində dünyanın ən sərt emal olunmuş balıqlarından biri kimi tanınır. Bu məhsul o qədər bərk olur ki, onu adi bıçaqla doğramaq mümkün deyil və yeməklərə əlavə etmək üçün xüsusi rəndə ilə nazik laylar şəklində yonulur.

Katsuobuşi zolaqlı ton balığından (skipjack tuna) hazırlanır. İstehsal prosesi olduqca uzun çəkir. Əvvəlcə balıq təmizlənərək file halına salınır və bişirilir. Daha sonra sümükləri çıxarılır və günlərlə odun tüstüsündə dəfələrlə hisə verilir. Hər hisləmə mərhələsindən sonra balıq dincə qoyulur və bu proses həftələrlə davam edir. Nəticədə balığın tərkibindəki nəmin böyük hissəsi yox olur.

Yaponiya mətbəxinin ən maraqlı məhsulları, katsuobuşi

 

 

 

Ən keyfiyyətli katsuobuşi növlərinin hazırlanmasında isə əlavə olaraq xüsusi kif göbələklərindən istifadə edilir. Balığın səthi bu göbələklərlə örtülür, günəş altında qurudulur və proses bir neçə dəfə təkrarlanır. Bütün mərhələlər tamamlandıqdan sonra məhsul demək olar ki, taxta qədər bərk olur. İstehsal prosesi bəzi hallarda altı aya qədər davam edir.

 

Yaponiya mətbəxinin ən maraqlı məhsulları, katsuobuşi

 

 

 

 

 

 

 

 

 

 

Yaponiyada katsuobuşini istifadə etmək üçün dülgər rəndəsini xatırladan xüsusi alətdən istifadə olunur. Balıq həmin alətin üzərində nazik laylar şəklində yonulur və daha sonra şorba, əriştə, düyü yeməkləri və digər ənənəvi reseptlərə əlavə edilərək onlara özünəməxsus dad və ətir verir.

 

 

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Nəhəng su layihəsi 200 milyona yaxın insanı su ilə təmin edəcək

Aynur Camal

Belarus məktəbliləri kosmosa aparılmış toxumlardan pomidor yetişdirir

Aynur Camal

3 yaşlı uşaq təsadüfən 3 800 illik qədim Misir amuletini tapdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu