Ay, Donald Tramp, kosmik hüquq, Ayın mülkiyyəti, Artemida proqramı, Rusiya Çin ABŞ, Ayın cənub qütbü, kosmik resurslar
Dünya

Ekspert: Ay ABŞ ərazisinə çevrilə bilərmi?

Ay iki fərqli hüquqi reallığın mübarizə meydanına çevrilə bilər

Bugun.tv xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın sosial şəbəkədə Ayın üzərində Amerika bayrağı olan görüntü paylaşaraq “Ay bizimdir” yazması kosmosda mülkiyyət hüquqları ilə bağlı mübahisələri yenidən gündəmə gətirib.

“VFocus Mail”ə danışan “Sovetski Kosmos” təşkilatının rəhbəri Maksim Tsukanov bildirib ki, hazırkı beynəlxalq kosmik hüquqa əsasən heç bir dövlət Aya sahib olduğunu elan edə bilməz. Onun sözlərinə görə, 1968-ci il Kosmik fəza haqqında müqavilə kosmosu bütün bəşəriyyətin istifadəsi üçün açıq ərazi kimi müəyyənləşdirir və ayrı-ayrı dövlətlərin kosmik obyektlər üzərində suverenlik iddiasını məhdudlaşdırır.

Ekspert ABŞ-ın “Artemida” proqramı çərçivəsində Ay bazalarının ətrafında təhlükəsizlik zonaları yaratmaq planlarının da mübahisə doğurduğunu bildirib. Tsukanovun fikrincə, bu yanaşma gələcəkdə Rusiya və Çinlə ABŞ arasında kosmik hüququn tətbiqi ilə bağlı ziddiyyətlər yarada bilər.

O eyni zamanda Ayın cənub qütbünün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Buradakı daimi kölgədə qalan kraterlərdə su buzu olduğu düşünülür. Bu resurs gələcəkdə içməli su, oksigen və raket yanacağının əldə edilməsi üçün istifadə oluna bilər.

“Kosmosun mənimsənilməsi sürətləndikcə mövcud beynəlxalq hüquq yeni reallıqlara uyğunlaşdırılmalı olacaq” – ekspert deyib.

Mənbə: VFocus Mail

Aynur Camal

Oxşar xəbərlər

ABŞ-da balqabaqlı latte sevgisi sona çata bilər

Aynur Camal

Zelenski: Müharibə, ehtimal ki, qış aylarında da davam edəcək

Aynur Camal

Yamayka Kral III Çarlza köləliyə görə təzminatla bağlı müraciət edəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu