30.6 C
Baku
10 Avqust 2026, 11:16
Baş xəbərSiyasət

Ekspert: Paşinyanın İlham Əliyevə zəngi sülhün bərqərar olduğunun göstəricisidir

Bugun.tv– xəbər verir ki, siyasi ekspert Məhəmməd Əsədullazadə Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi ilə bağlı sosial media hesabında paylaşım edib.

Ekspert hesab edir ki, iki ölkə arasında sülh mətninin paraflanmasının ildönümü münasibətilə baş tutan telefon danışığı Azərbaycan və Ermənistan arasında de-fakto sülhün formalaşdığını göstərir.

Məhəmməd Əsədullazadə qeyd edib ki, Azərbaycan və Ermənistan müstəqillik əldə etdikdən sonra uzun illər münaqişə vəziyyətində olublar və Paşinyanın İlham Əliyevə zəngi iki ölkənin liderləri arasında müstəqillik dövründə baş tutan ilk rəsmi telefon danışığıdır.

Ekspertin sözlərinə görə, Ermənistanın qarşısında əsas vəzifə Konstitusiya referendumunu keçirmək və yekun sülh müqaviləsini imzalamaqdır. O, Prezident İlham Əliyevin siyasəti nəticəsində Cənubi Qafqazda dayanıqlı sülhün formalaşdığını vurğulayıb.

Aynur Camal

Oxşar xəbərlər

Ekspert: Vaşinqton anlaşmasından bir il sonra regionda yeni iqtisadi imkanlar yaranır

Aynur Camal

Ukrayna və Rusiya bir-birini ölümcül hücumlarda ittiham edir, Odessa limanına ziyan dəydi

Aynur Camal

Tayvan Çin hücumunu dəf etməyə hazırıq görür

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu