18 C
Baku
2 Dekabr 2023, 16:52
Baş xəbər

Elçin Əmirbəyov: “Azərbaycanın antiterror tədbirləri yalnız legitim hərbi hədəflərə qarşı olub”

Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsində həyata keçirdiyi lokal antiterror tədbirləri yalnız erməni silahlı birləşmələrinin legitim hərbi hədəflərinə qarşı olub.

Bugun.tv xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “BBC News”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu hadisələr zamanı Qarabağın mülkü əhalisi arasında itkilərin olmaması üçün bütün səylər göstərilib.

“Əməliyyat ildırım sürəti ilə həyata keçirilib, bir sutkadan az davam edib. Tədbirlər Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazisindəki legitim hərbi hədəflərinə qarşı olub”, – E.Əmirbəyov deyib.

Mənbə: Report.az

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu