10 C
Baku
21 Dekabr 2024, 16:08
Baş xəbərDünya

Əliyev Ermənistandan törətdiyi bütün cinayətlərə görə üzr istəməsini tələb edib

Azərbaycan prezidenti İlham Əliyev Ermənistanın işğal dövründə Azərbaycan torpaqlarında ekoloji, şəhər və mədəni qırğınlar törətdiyini bəyan edərək, “Ermənistan törətdiyi bütün bu cinayətlərə görə üzr istəməlidir” deyib. Əliyev Bakıda keçirilən Beynəlxalq Ombudsmanlar Forumunun iştirakçılarına məktub göndərib.

Məktubunda Azərbaycanın öz suverenliyini və konstitusiya quruluşunu tam bərqərar etdiyini vurğulayan Əliyev ölkə ərazisində separatizmə son qoyduqlarını qeyd edib.

İ.Əliyev xatırladıb ki, Ermənistan beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qərarlarına məhəl qoymadan 30 ilə yaxındır ki, Azərbaycan torpaqlarını işğal edib, işğal nəticəsində 1 milyondan çox azərbaycanlı öz yurd-yuvasından didərgin düşüb.

Ermənistanın 30 illik işğalının ağır nəticələrinin hələ də davam etdiyini və bunun insanların həyatı və ətraf mühit üçün böyük təhlükə yaratdığını bildirən Əliyev məktubunda aşağıdakıları qeyd edib:

“Ermənistan uzun müddət işğal etdiyi torpaqlarımızda ekoloji qırğınlar, şəhər qırğınları və mədəni qırğınlar həyata keçirib. Torpaqlarımız, çaylarımız çirkləndirilib, meşələrimiz məhv edilib, şəhər və kəndlərimiz dağıdılıb. Torpaqlarımız minalanıb. Dini və mədəniyyət abidələrimiz 1-ci Qarabağ müharibəsində Ermənistan dağıdılıb, “Ermənistan itkin düşmüş şəxslərin taleyi və kütləvi məzarlıqların dəqiq yeri barədə məlumat verməkdən imtina edərək, törətdiyi bütün bu cinayətlərə görə üzr istəməlidir”.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Milad ərəfəsində atışma: ölən və yaralılar var

Aynur Camal

Şimali Koreyanın raketi uçuşu bu dəfə də uğursuz olub

Teymur Əziz

Zəlzələdə ölənlərin sayı 100-ə çatdı

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu