Bugun.tv xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.
Görüş BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Türkevidə keçirilib. Görüş mətbuata qapalı olub.
Qeyd olunur ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan da görüşdə iştirak edib.
Görüş zamanı Türkiyə-Ermənistan münasibətləri, regional və qlobal məsələlərin müzakirə edildiyi bildirilib. Ərdoğan iki ölkə arasında ticarət və nəqliyyat sahələrində normallaşma prosesini dəstəklədiklərini və əldə olunan müsbət dinamikanın davam etdirilməsinin vacib olduğunu deyib.
Ərdoğan Azərbaycanla Ermənistan arasında sülh prosesində qarşılıqlı addımların atılmasını müsbət qiymətləndirdiyini bildirib. O, həmçinin Paşinyanı Türkiyədə keçiriləcək COP31 Liderlər Zirvəsinə dəvət edib.
Mənbə: Anadolu Agentliyi
