25 C
Baku
27 İyul 2024, 3:55
Dünya

Əsrarəngiz küçə rəssamının əsərləri böyük marağa səbəb oldu

Dünya mövzularına güclü istinadlar edən əsərləri ilə tanınan və əsl kimliyi bilinməyən Benksinin 160-dan çox əsəri Torontoda sərgilənməyə başlayıb.

Müxtəlif ölkələrdə divar rəsmləri ilə məşhurlaşan əsrarəngiz küçə rəssamı Benksinin Kanadanın Toronto şəhərində sərgisi açılıb.

Sərgidə dünyanın hər yerindən bir çox insanın şəxsi kolleksiyalarında olan 160-dan çox Benksinin əsəri var.

Sərginin kuratoru bildirib ki, Benksinin əsərləri insanları ruhlandırır.

“Hesab edirəm ki, onun ümumilikdə dünyaya böyük təsiri var, biz bunu sərgidə də görürük”, – deyən kurator, “O, insanları ruhlandıra bilir və bəzən sənət mənə görə deyil deyən insanları əyləndirə bilir”.

Benksinin hər təbəqədən olan insanlara toxunduğunu düşündüyünü bildirən kurator, “Bu, onu maraqlı edir və eyni zamanda onu müasirləşdirir” deyib.

Sərgidə ən çox diqqət çəkən əsərlərdən biri də ilk dəfə 2002-ci ildə Londonda Vaterloo körpüsündə görülən “Şarlı Qız” əsəri olub.

Banksy dünya problemlərinə güclü istinadlar edən sənət əsərləri ilə tanınır. Əsl kimliyi məlum olmayan Benksinin əsərləri külli miqdarda pula satılır.

Sərgi sentyabr ayına qədər davam edəcək.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

186 illik tarixi məscid uçdu: 10 nəfər öldü

Bugün TV

Makronun Avropa üçün “nüvə çətiri” təklifi ölkədə reaksiya doğurdu

Aynur Camal

Belarus cənubda sərhədin möhkəmləndirilməsinə münasibət bildirdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu