Maraqlı faktlar

Evdə başlayan kiçik biznes dünyaca məşhur brendə çevrildi

Braziliyada ailə büdcəsinə dəstək olmaq üçün evdə hazırladıqları qəlyanaltılarla biznesə başlayan iki bacının yaratdığı marka sonradan dünyanın aparıcı qida şirkətlərindən biri tərəfindən satın alınıb.

Bugun.tv xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Məlumata görə, Braziliyanın Kuritiba şəhərində yaşayan alman əsilli bacılar Elfride Vaqner və Mariya Unqer 1950-ci illərin sonlarında ailə gəlirlərini artırmaq məqsədilə ev sobasında alman mətbəxinin ənənəvi pretzel reseptindən ilham alaraq duzlu qəlyanaltılar hazırlamağa başlayıblar.

Bacıların həyat yoldaşlarının da dəstək verdiyi təşəbbüsdə hazırlanan məhsullar əvvəlcə qapı-qapı, daha sonra isə yerli mağazalarda satışa çıxarılıb. Məhsullara artan maraq onların istehsalı genişləndirməsinə şərait yaradıb.

1962-ci ildə bacılar Elma Padaria e Confeitaria adlı şirkəti təsis ediblər. Şirkətin adı Elfride və Mariya adlarının ilk hecalarının birləşdirilməsi ilə yaradılıb. Həmin dövrdə bu gün də Braziliyada satılan Stiksy adlı məşhur xırtıldayan qəlyanaltı da bazara təqdim olunub.

İstehsalın sürətlə artması nəticəsində şirkətin adı sonradan Elma Produtos Alimentícios olaraq dəyişdirilib. 1970-ci ildə isə PepsiCo şirkəti bu müəssisəni American Potato Chips şirkəti ilə birləşdirərək Elma Chips markasını yaradıb.

Sonrakı illərdə Baconzitos, Cheetos, Cebolitos, Fandangos, Ruffles və Doritos kimi məşhur məhsulları Braziliya bazarına təqdim edən Elma Chips ölkənin ən tanınmış qəlyanaltı istehsalçılarından birinə çevrilib.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Qəhvəni alpaka ilə birlikdə içə biləcəyiniz kafe açıldı

Aynur Camal

Alimlər Sfinkslə oxşarlığı olan 45 milyon illik timsah fosili müəyyənləşdiriblər

Aynur Camal

Dalğıcın gördüyü mənzərə hər kəsi təəccübləndirdi – tısbağa süngərin içində yatırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu