Bugun.tv xəbər verir ki, Aydının Germencik rayonunda tək yaşayan şəxsin evindən 16 maşın zibil çıxarılıb. 7 Sentyabr Məhəlləsində tək yaşayan A.K.-nın evindən gələn pis qoxu şikayəti üzərinə Germencik Bələdiyyəsi qrupları evə gedib.
TRT Haber-in məlumatına görə, Hadisə yerinə gələn qruplar evin içərisinin və bağçasının zibillə dolu olduğunu müəyyən ediblər. Bələdiyyənin təmizlik qrupu qazma maşınının köməyi ilə evdən 16 maşın zibil çıxarıb. Zibillər çıxarıldıqdan sonra evdə dezinfeksiya işləri aparılıb. Məhəllə muhtarı Əhməd Çıray jurnalistlərə pis qoxu səbəbiylə bələdiyyə və kaymakamlığa ərizə təqdim etdiklərini söylədi və səlahiyyətlilərə təşəkkür etdi.