Baş xəbərTexnologiya

Evklidin səyahəti başlayır

Bugun.tv xəbər verir ki, ABŞ-ın Florida ştatından Evklid Kosmik Teleskopu uğurla orbitə buraxılıb. Yerləşdirilməsi təxminən 1 ay çəkəcək teleskopun “qaranlıq enerji” və “qaranlıq maddə” ilə bağlı araşdırmalara töhfə verməsi gözlənilir.

EUCLID, təxminən 1 ay davam edəcək kosmos səyahətindən sonra yerdən 1 milyon 500 min kilometr uzaqlıqda olan James Webb teleskopunun yanında yerləşdiriləcək.

Onun yerləşdiyi yerdən iki milyard qalaktikanı əhatə edən “kainatın ən böyük xəritəsi”nin çəkilməsi planlaşdırılır.

Uzunluğu 4 metr 70 santimetr, eni isə təxminən 3 metr yarım olan EUCLID-in oktyabr ayında dünyaya ilk məlumatlarını göndərməsi gözlənilir.

Mənbə: TRT Haber

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Antiperspirantlarla bağlı şok iddialar: Döş xərçəngi və Alzheimer xəstəliyinə səbəb olur!

Elnarə Dərziyeva

Ruhlar həqiqətən mövcuddur? Son elmi araşdırmalar nə göstərir?

Bugün TV

Oyun zamanı meydançaya ildırım düşdü: Bir futbolçu həyatını itirdi

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu