Digər

Evlərin dekorosiyasında istifadə olunan terrarium necə hazırlanır?

Evlərin dekorosiyasında geniş istifadə edilən terrariumların necə  hazırlanması  hər birimizə maraqlıdır. Müxtəlif bitkilərdən hazırlanan bu kompozisiyaları ilin bütün fəsillərində yetişdirmək mümkündür. Düzgün qulluq göstərilərsə, bitkilər tez inkişaf edər və 4-5 ilə qədər yaşaya bilər. Bəs terrraium necə hazırlanır?

Terrariumun hazırlanması üçün xüsusi bitkilər seçilir. Bu bitkilər uzunömürlü və soyuğa davamlı olur. Evlərin və ofislərin dekorasiyasında istifadə edilən terrariumların hazırlanması da olduqca maraqlıdır.

Terrarium üçün şirəli və günsevən bitkilərdən istifadə olunur. Bitkilər şəffaf şüşə içərisində torf, qum və qara torpağın qarışığında yetişdirilir. Dekorotiv kompozisiyaların təkcə ölçüsü yox, qulluq qaydaları da fərqlidir.

Bu barədə florist Nurtəkin Məhəmmədli Bugun.tvyə danışıb.O, deyir ki, bəzi terrariumlar üçün istifadə olunan güllərin suya daha çox təlabatı var. Amma bəzi kaktus kimi suklent  güllərə su çox da tələb olunmur. Terrariumlar müxtəlif ölçülərdə olur. Məsələn, böyük terrariumların içində istifadə olunan kaktus suklent güllərə ayda 3 dəfə su verməliyik. Amma məsələn, orta və kiçik ölçüdə terrariumlar var ki, onlara daha az su tələb olunur. Qabı balaca olduğuna görə onlara  çox su tökmək olmaz.

Yosundan hazırlanan terrariumların isə xüsusi qulluğa ehtiyacı yoxdur.

Florist onu da qeyd etdi ki, terrariumu hazırlayarkən  öncə ağacın yonulmuş hissəciklərindən istifadə edirik. Çünki biz torpağa su tökdükdə bu torpağın suyunu özünə çəkir. Torpaqdan müəyyən qədər istifadə edirik, hansı ki, qabın yarısına qədər olmalıdır. Sonra isə təbii mamırdan istifadə edirik. Beləliklə, istifadə edəcəyimiz gülləri  torpaqda əkirik.

Soyuğa davamlı olan bitkilər Günəş şüalarından uzaq, otaq temperaturunda saxlanmalı və həftədə 2 dəfə su verilməlidir.

Bugün TV

Oxşar xəbərlər

Paltar qurutmağa görə 1500 avro cərimə tətbiq ediləcək

Aynur Camal

Fransız deputatdan Eurovision boykotu çağırışı: İsrailə görə yayım dayandırılsın

Aynur Camal

Spotify süni intellekt məzmununu ayırmaq üçün “təsdiq işarəsi” tətbiq edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu