Baş xəbərHadisəKriminal

Evlərdən oğurluq edə şəxs saxlanıldı

Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən gecə saatlarında 200 manat pul və 3400 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bugun.tv – yə verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən şəhər sakini, bir müddət əvvəl də törətdiyi oğurluğa görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Ehtibar Həsənov saxlanılıb.

İlkin dindirilmə zamanı E.Həsənov törətdiyi cinayəti etiraf edib. Qanunsuz yolla əldə etdiyi pul və qızıl-zinət əşyaları maddi sübut kimi ondan götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.

Kəmalə Sultan

Oxşar xəbərlər

ABŞ Venesuelada zəlzələ bölgəsinə 900-dən çox hərbçi göndərdi

Aynur Camal

Yaşayış binasında baş verən yanğında azı 6 nəfər öldü

Aynur Camal

Diş həkimi saqqızın təhlükələri barədə xəbərdarlıq etdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu