Dünya

Əyləncə məkanında baş verən yanğında azı 27 nəfər öldü

Bugun.tv xəbər verir ki, Tailandın paytaxtı Banqkokda yerləşən əyləncə məkanında baş verən güclü yanğın nəticəsində azı 27 nəfər həyatını itirib.

Məlumata görə, hadisə şəhərin Çatuçak rayonundakı barlardan birində gecə saatlarında baş verib. Hələlik yanğının dəqiq səbəbi müəyyən edilməsə də, alov qısa müddətdə bütün binanı bürüyüb. Sosial şəbəkələrdə yayılan görüntülərdə binanın giriş hissəsindən yüksələn güclü alov və qatı tüstü, həmçinin insanların təşviş içində hadisə yerindən qaçmağa çalışdığı əks olunub.

Hadisə yerinə cəlb edilən yanğınsöndürmə briqadaları alovu təxminən yarım saat ərzində nəzarət altına ala biliblər.

Tailandın Baş naziri Anutin Çarnvirakul bildirib ki, yaralanan bir neçə nəfər xəstəxanaya yerləşdirilib, yanğının başvermə səbəbi isə araşdırılır. Onun sözlərinə görə, hadisədən əvvəl səhnədə çıxış edən musiqiçi elektrik kəsilməzdən öncə səhnəyə yaxın elektrik lövhəsindən tüstü qalxdığını gördüyünü deyib.

Baş nazir əlavə edib ki, elektrik enerjisi kəsildikdən sonra partlayış səsi eşidilib və məkanı qatı tüstü bürüyüb. Həyatını itirənlərin əksəriyyətinin binanın arxa hissəsində yerləşən tualetdə aşkar edildiyi bildirilib.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Hindistanın 80-ci Müstəqillik Günü Bakıda qeyd edildi

Aynur Camal

Pokémon oğurluğu: 80 min avroluq kartlar axtarılır

Aynur Camal

“İnsidentlər silsiləsi”: Avropada bir həftə ərzində ikinci hərbi zavod partladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu