27 C
Baku
27 İyul 2024, 3:42
Dünya

Eynicinsli əlaqələr həbsxana ilə cəzalandırılacaq

Mübahisəli qanun layihəsi İraqda qanuna çevrildi. Ölkədə homoseksual münasibətdə olan şəxslər bundan sonra 10 ildən 15 ilədək həbs cəzası alacaqlar. Transgender şəxslərə 3 il həbs cəzası veriləcək. Hüquq müdafiəçiləri qanunun “ayrı-seçkiliyi və zorakılığı effektiv şəkildə qanuniləşdirdiyini” deyirlər.

İraq parlamenti homoseksual münasibətləri cinayət hesab edən və 15 ilə qədər həbs cəzası nəzərdə tutan qanun layihəsini qəbul edib.

Qanun layihəsi hüquq müdafiəçiləri tərəfindən pislənərək onu “insan hüquqlarına hücum” kimi qiymətləndirib.

329 deputatdan 170-nin qatıldığı iclasda qəbul edilən 1988-ci il tarixli fahişəliklə mübarizə qanununa edilən dəyişikliklər çərçivəsində transseksuallara 3 il həbs cəzası veriləcək.

Əvvəlki layihədə eynicinsli münasibətlər üçün ölüm cəzası təklif edilirdi ki, bu da kampaniyaçılar bunu “təhlükəli” eskalasiya kimi təsvir edirdi.

AFP-nin gördüyü sənədə görə, yeni dəyişikliklər məhkəmələrə gey və transgenderlərin tez-tez hücumlara və ayrı-seçkiliyə məruz qaldığı ölkədə homoseksual münasibətdə olan şəxsləri 10 ildən 15 ilədək həbs cəzasına məhkum etməyə imkan verir.

Bundan əlavə, homoseksual əlaqəni “təşviq edən” ən azı 7 il həbs cəzası, “özünü qəsdən qadın kimi təqdim edən” kişiləri isə 1 ildən 3 ilə qədər həbs cəzası gözləyir.

Dəyişiklik edilmiş qanun “şəxsi istək və meylə əsaslanan bioloji cinsi dəyişikliyi” cinayət hesab edir və cinsiyyət dəyişdirmə əməliyyatı keçirən transseksualları və həkimləri 3 ilə qədər həbs cəzası ilə cəzalandırır.

İraqın mühafizəkar cəmiyyətində homoseksuallıq tabu olsa da, əvvəllər eynicinsli münasibətləri açıq şəkildə cəzalandıran qanun yox idi.

İraqın LGBTİ+ icmasının üzvləri İraqın cinayət məcəlləsinin qeyri-müəyyən “anti-mənəvi” maddələri ilə təqib olunublar.

Amnesty International-ın İraq üzrə tədqiqatçısı Razaw Salihy, “İraq LGBTİ+ icmasının üzvlərinin illərdir mütləq cəzasız qaldıqları ayrı-seçkilik və zorakılığı effektiv şəkildə kodlaşdırıb” deyib.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

Şimali Koreya yeni qanadlı raketi sınaqdan keçirdiyini bildirdi

Bugün TV

İkonik filmin nəhəng malikanəsi satışdadır!

Aynur Camal

İsrail ordusu Qəzzaya qaubitsalarla intensiv zərbələr endirir

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu