Image default
Dünyaİdman

Fələstinlilər İspaniyanın Dünya Kubokundakı qələbəsini qeyd etdilər

İspaniyanın 2026 FIFA Dünya Kubokunda çempion olması Fələstin ərazilərində böyük sevinclə qarşılanıb. Al Jazeera-nın məlumatına görə, Qəzza zolağı və İordan çayının qərb sahilində minlərlə insan final qarşılaşmasını izlədikdən sonra küçələrə çıxaraq bayram edib.

Bildirilib ki, insanlar böyük ekranlar qarşısında toplaşıb, avtomobil karvanları təşkil edib və İspaniya bayraqları qaldıraraq komandanın qələbəsini qeyd ediblər. Bayram tədbirləri gecə saatlarınadək davam edib.

Məlumata görə, fələstinlilərin İspaniyanın qələbəsinə xüsusi rəğbət göstərməsinin səbəblərindən biri də Madridin son dövrdə Fələstinlə bağlı mövqeyi olub. Yerli sakinlər İspaniyanın Fələstin məsələsində nümayiş etdirdiyi siyasi yanaşmanı yüksək qiymətləndirdiklərini bildiriblər.

Al Jazeera qeyd edir ki, Dünya Kubokunun finalı yalnız idman hadisəsi kimi deyil, bəzi bölgələrdə siyasi və mənəvi dəstəyin simvolu kimi də qarşılanıb.

Mənbə: Aljazeera

Aynur Camal

Oxşar xəbərlər

Bəhreyndə yenidən hava həyəcanı elan edildi

Aynur Camal

FİFA dünya çempionu İspaniya millisinin rəsmi fotosundan Donald Trampı çıxardı

Aynur Camal

Marsda həyat izləri 50 il əvvəl gözdən qaçırılmış ola bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu