16 C
Baku
19 Aprel 2025, 19:28
DünyaSosial

Fars polisi Güney Azərbaycanlı xanımı necə öldürdü?

Noyabrın 16-ı axşam saatlarında Təbrizdə baş tutan etirazlar zamanı Tibb Elmləri Universitetinin tələbəsi Aylar Həqqi öldürülüb. O, hökumət qüvvələrinin nümayişçilərə qarşı zorakılığı və güc tətbiq etməsindən sonra binalardan birinə sığınıb.

Etirazçıları təqib edən bir neçə xüsusi təyinatlı onun ardınca binaya girib və Aylar Həqqini oradan aşağı atıblar. Bədəninə armatur keçən gənc qız hadisə yerindəcə həyatını itirib.

Əslən Şərqi Azərbaycan əyalətinin Məlik Kəndi (Məlikan) kəndindən olan tələbənin dəfn edilmək üçün doğma şəhərinə aparılmasına icazə verilməyib.

Aylar Həqqinin ailəsi və rabitə idarəsində çalışan atasına dəfn mərasiminin səssiz keçirilməsi və ictimailəşdirilməməsi üçün basqı edilib. Buna rəğmən, xəbər ictimailəşib və bu gün Təbrizin Vadi Rəhmət qəbristanlığına dəfn mərasimi keçirilib.

Qeyd edək ki, noyabrın 16-dək İranda etirazlar başlayandan bəri öldürülənlərin sayı 362 nəfərə çatıb.

 

“Güney Media” ©️

Nigar Məmmədova

Oxşar xəbərlər

HƏMAS-ın BMT Təhlükəsizlik Şurasının atəşkəs qərarını qiymətləndirməsi

İntizar Əmirova

Uçan ev həqiqətən mövcuddur

Aynur Camal

Kahramanmaraşda növbəti zəlzələ oldu

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu