25 C
Baku
27 İyul 2024, 3:52
Digər

Faydalı bildiyimiz südün zərərli tərəfləri nədir?

Süd uşaqdan böyüyə hər birimizin sevərək qəbul etdiyi qidalardandır. Təəssüf ki, bu məhsulu düzgün istifadə etmədikdə faydası kimi, zərəri də ola bilər.

Süd insan nəslinin formalaşmasında, uşaqların sağlam inkişafında böyük əhəmiyyətə malikdir. Mesopotomiya ərazisində yaşayan qədim insanlar keçi və qoyun südündən istifadə edirmişlər. Bundan sonra süd digər ölkələrdə yayılmağa başlayır. Hətta süd bir çox xəstəliklərin dərmanı olduğundan həkimlər onu “həyat şirəsi” adlandırırdılar.

Tərkibi müxtəlif minerallarla, faydalı mikroelementlərlə zəngin olan süd xeyirli qidalardan hesab edilir. Mütəxəssislər südü daha çox kalsium mənbəyi kimi qəbul edir. Lakin təkcə süd qəbulu ilə kalsium tələbatını ödəyə bilmərik.

Terapevt Xumar Novruzova Bugun.tv-yə açıqlamasında bildirdi ki, qəbul etdiyimiz qidalarda kalsium yetərli dərəcədə  olmalıdır. Lakin onun yanında mütləq orqanizmdə D vitamini, fosfor, maqnezium kimi mikroelementlər və vitaminlərin olması vacibdir. Əgər onlar çatışmırsa, istər dərman şəklində, istər süd məhsulu şəklində istənilən miqdarda kalsium qəbul etmək olar.

Araşdırmalar göstərir ki, süd heç də hamının ağız dadına uyğun deyil. Bəziləri süd içdikdən sonra özlərini narahat hiss edir. Bəs bunun səbəbi nədir?

Terapevt qeyd etdi ki, müəyyən qisim insanlarda inək südünün zülalına qarşı hiperhəssaslıq, yəni allergiya olur. Bu cür insanlar əgər çoxlu  miqdarda süd  qəbul edərlərsə, onlarda diareya, qarınağrısı, köp hissi, ürəkbulanma, qusma, hətta dərinin səpməsi kimi xüsusiyyətlər yarana  bilər. Bir qisim insanlarda genetik olaraq südün tərkibindəki laktozanı həzm etməmək kimi belə bir xüsusiyyət olur. Yəni nazik bağırsaqlardakı fermentlərimiz südü parçalaya bilmir, bu da diareya, qusma, ürəkbulanma, köpmə kimi narahatlıqlara səbəb olur.

Bəzilərimiz yatmazdan əvvəl süd içirik ki, rahat yuxuya gedək. Mütəxəxsislər bunun doğru olduğunu bildirsələr də, yaşlı insanlara yatarkən süd içməyi tövsiyə etmirlər.

Nigar Məmmədova

Oxşar xəbərlər

Webb Teleskopu onlarla gənc kvazar kəşf edib

Bugün TV

İsmayıllı Rayon İcra Hakimiyyəti Xocalı şəhidlərini ziyarət ediblər

Şükufə Ramizqızı

“İnanıram” tamaşasının premyerası olub.

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu