27 C
Baku
21 Sentyabr 2026, 13:49
Baş xəbərHadisə

Fermalarda 60 min toyuq tələf oldu – FOTO

Bugun.tv xəbər verir ki, Zonguldakın Devrek rayonunda leysan yağışın ardından gələn seldə xeyli sayda toyuq tələf olub. Sahibkarların və onların ailələrinin də təhlükə altında olduğu 3 fermada 60 minə yaxın heyvan suda boğularaq ölüb.

Rayon mərkəzində yağış yağan zaman fermaya yollandığını izah edən sahibkar açıqlama verib. “Yağışın şiddətli olması səbəbindən jandarmlar tədbir görüb keçidə icazə vermədilər. Soruşdum, dedim ki, təsərrüfatımız var. Maşınım çox hündürdür olduğundan icazə verdilər. Ancaq fermaya gələndə su çox yüksəlmişdi”, – o, bildirib.

Daşqının qarşısını almaq mümkün olmadığını, amma tədbir görülə biləcəyini vurğulayan Güner adlı sahibkar, çayın üzərindəki körpünün genişləndirilməsi və dərə yatağının təmizlənməsinin vacibliyini bildirib.

Heyvanları tələf olan təsərrüfat sahibləri seldən qalan palçıq və tullantıları təmizləmək üçün çalışırlar.

Kəmalə Sultan

Oxşar xəbərlər

Ceki Çanla eyni filmdə çəkilən azərbaycanlı dünya çempionu kimdir?

Aynur Camal

Vüqar Bayramov: Türk dünyası bütövləşir, əməkdaşlıq və inkişaf edir

Aynur Camal

“Səhnəmizin Şəfəq Çağı” adlı teatral-konsert proqramı keçirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu