25 C
Baku
27 İyul 2024, 3:48
Sosial

Fiziki məhdudiyyət əngəl deyil – “Məhəmmədlə Motivasiya” adlı seminar keçirilib -FOTOLAR

“Bir addım, bir qərar!” adlı təbliğat seminarı keçirilib.

Maraqlı layihəni “Zəhra Xatun” Qadın İnkişaf Birliyi və Sosial işçi, motivator Məhməmməd Ələkbərov həyata keçirib.

Bugun.tv – yə birlikdən verilən məlumata görə, “Bir addım, bir qərar!” Təbliğat seminarı kimi təşkil olunmuş tədbir “Məhəmmədlə Motivasiya” adı altında baş tutub.

Açılış mərasimi ilə başlayan təşkilatın bələdçisi Dr. O, Leyla Həsənovanı və anası Afaqı hamıya təqdim edib, seminarın məqsədləri barədə danışıb.

“Məhəmməd indi müəyyən məhdudiyyətlərlə barışmış insanlara işıq salmağa çalışır. Tədbirdə Məhmədin “İstədiyin hər şey xəyaldan başlar!”, “Məhəmmədlə motivasiya”, anası Afaq Xanımın “Məhəmmədin dünəndən bu günə və ata-ana ilə” adlı əsərləri yer alır.

Bundan başqa, ona dəstək verən psixoloq Ülkər Xanım Məhərəmovanın “Motivasiya” adlı nəşrləri də maraqla qarşılanıb. Seminarda adından söz etdirən bir çox tanınmış simaların iştirakı da tədbirə rəng qatıb. Seminardan sonra çoxlu müsbət fikirlər aldıq. Araşdırmamız Məhəmmədin bu sözləri ilə tamamlandı: “Mən 23 yaşlı ali təhsilli gəncəm. Bu seminarı təşkil etməkdə məqsədimiz insanları ruhlandırmaq və cəmiyyətdə bizlərin də var olduğumuzu və bundan sonra da var olacağımızı çağırış etmək idi. Məqsədim bütün Azərbaycanda səsimi ucaltmaq və istedadlı insanların nəyə nail ola biləcəyini ölkəyə nümayiş etdirməkdir”.

“Biz belə böyük qiymətə gedən yolda ilk addımınızda sizinlə olmaqdan qürur duyuruq”, – deyə Leyla Həsənova bildirib.

Qeyd edək ki, 2001-ci ildə serebral iflicdən əziyyət çəkən Mahmud Mahmudun oğlu 2001-ci ildə doğulub.

Sosial işçi və motivatordur. O, Azərbaycan Sosial İş Universitetinin ixtisası üzrə təhsil alıb və ümumi dövlət imtahanında maksimum nəticə (100 BAL) göstərərək fəxri fərmanla təltif edilib.

Bundan əlavə, o, Məhəmməd Universitetində Sosial İşçilər Klubu olan Empatiya Klubunun bir çox tədbirini təşkil etdi. Universiteti maksimum nəticə ilə bitirdikdən sonra fəxri fərmanla təltif edilmişdir. Bundan başqa, Məhəmmədin başqa təltifləri də var.

Motivator Sosial Xidmətlər Agentliyinin təşkil etdiyi intellektual zəka oyununda 3-cü olub.

Aynur Camal

Oxşar xəbərlər

ADY Bakıya yeni qatarlar gətirəcək

Aynur Camal

SOCAR “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyaları davam edir

Nigar Məmmədova

7 şagird məktəbin yeməkxanasında zəhərləndi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu