Digər

Fransa Fələstinli hüquq müdafiəçisinin ölkəyə girişinə icazə vermədi

Fransa hakimiyyəti İordan çayının Qərb sahilində fəaliyyət göstərən “Al-Haq” insan haqları təşkilatının direktoru Şəvan Cabarinin ölkəyə girişini əngəlləyib.

Təşkilatın yaydığı məlumata görə, Cabarinin Strasburqda Avropa Parlamentinin İnsan Hüquqları Komitəsinin iclasında iştirak etmək üçün etdiyi viza müraciəti Fransa tərəfindən rədd edilib. Bildirilib ki, qərarın “son anda” verilməsi fələstinlilərin hüquqlarının müdafiəsi və məsuliyyət mexanizmlərinin gücləndirilməsi istiqamətində səylərə zərbə vurur.

Açıqlamada həmçinin qeyd olunub ki, bəzi dövlətlərin beynəlxalq hüquqa sadiq olduqlarını bəyan etmələrinə baxmayaraq, ədalət axtaran şəxsləri hədəfə almaları bu iddialarla ziddiyyət təşkil edir.

Cabari isə bildirib ki, bütün təzyiqlərə baxmayaraq, Fələstin xalqının hüquqlarını qorumaq və ədalət uğrunda mübarizə aparmaqda davam edəcəklər.

Avropa Parlamentindən reaksiyalar
Avropa Parlamentinin İnsan Hüquqları Alt Komitəsinin rəhbəri Mounir Satouri sosial media hesabında paylaşım edərək Fransa hakimiyyətindən bu qərarla bağlı izahat tələb edib. O, “Al-Haq” təşkilatının 2018-ci ildə Fransa İnsan Hüquqları Mükafatına layiq görüldüyünü və Cabarinin 2022-ci ildə Fransa prezidenti Emmanuel Makronla görüşdüyünü xatırladıb.

Qeyd edək ki, ABŞ tərəfindən sanksiyalara məruz qalan Cabarinin Fransaya girişi daha əvvəl də bir neçə dəfə məhdudlaşdırılıb.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu