11 C
Baku
17 Aprel 2026, 0:00
Digər

Fransa Fələstinli hüquq müdafiəçisinin ölkəyə girişinə icazə vermədi

Fransa hakimiyyəti İordan çayının Qərb sahilində fəaliyyət göstərən “Al-Haq” insan haqları təşkilatının direktoru Şəvan Cabarinin ölkəyə girişini əngəlləyib.

Təşkilatın yaydığı məlumata görə, Cabarinin Strasburqda Avropa Parlamentinin İnsan Hüquqları Komitəsinin iclasında iştirak etmək üçün etdiyi viza müraciəti Fransa tərəfindən rədd edilib. Bildirilib ki, qərarın “son anda” verilməsi fələstinlilərin hüquqlarının müdafiəsi və məsuliyyət mexanizmlərinin gücləndirilməsi istiqamətində səylərə zərbə vurur.

Açıqlamada həmçinin qeyd olunub ki, bəzi dövlətlərin beynəlxalq hüquqa sadiq olduqlarını bəyan etmələrinə baxmayaraq, ədalət axtaran şəxsləri hədəfə almaları bu iddialarla ziddiyyət təşkil edir.

Cabari isə bildirib ki, bütün təzyiqlərə baxmayaraq, Fələstin xalqının hüquqlarını qorumaq və ədalət uğrunda mübarizə aparmaqda davam edəcəklər.

Avropa Parlamentindən reaksiyalar
Avropa Parlamentinin İnsan Hüquqları Alt Komitəsinin rəhbəri Mounir Satouri sosial media hesabında paylaşım edərək Fransa hakimiyyətindən bu qərarla bağlı izahat tələb edib. O, “Al-Haq” təşkilatının 2018-ci ildə Fransa İnsan Hüquqları Mükafatına layiq görüldüyünü və Cabarinin 2022-ci ildə Fransa prezidenti Emmanuel Makronla görüşdüyünü xatırladıb.

Qeyd edək ki, ABŞ tərəfindən sanksiyalara məruz qalan Cabarinin Fransaya girişi daha əvvəl də bir neçə dəfə məhdudlaşdırılıb.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Ayımız necə yaranıb? Yeni tədqiqat maraqlı detal ortaya çıxardı

Aynur Camal

“Miss İran” namizədi Cənubi Koreyanın İrana yardım qərarını tənqid edib

Aynur Camal

Toyda nə geyinməmək lazımdır: Ekspert vacib məqamları açıqladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu