DünyaSiyasət

Fransa xalqının prezidentliyə namizəd Marin Le Penə inamı artıb

Bugun.tv xəbər verir ki, Fransada keçirilən yeni sorğu nəticələrinə görə, ötən ilki seçkilərdə Emmanuel Makronun rəqibi olmuş ifrat sağçı siyasətçi Marin Le Penə ictimaiyyətin inamı artıb.

“Viavoice” şirkətinin Fransanın “Liberation” qəzeti üçün keçirdiyi sorğunun nəticələri göstərib ki, 2021-ci ildə aparılan sorğuda iştirakçıların 27 faizi sağçı siyasətçi haqqında müsbət fikir bildirərkən, yeni nəticələrdə bu nisbət yüzdə 37 olub.

Əvvəlki nəticələrə görə, Le Penin fransızlara faydalı həllər təqdim edə biləcəyini düşünənlərin nisbəti 8 bal artaraq 44 faizə yüksəlib.

Həmçinin, respondentlərin 42 faizi Le Penin prezidentliyə uyğun olduğunu düşündüyünü bildirib. 2 il əvvəlki anket nəticələrində bu nisbət yüzdə 28 olaraq qalmışdı.

Digər tərəfdən, Le Penin Fransanı indiki problemlərdən çıxarmaqda “bacarıqlı” olduğunu düşünənlərin nisbəti 8 bənd artaraq 35 faizə yüksəlib.

Bugün TV

Oxşar xəbərlər

ABŞ-da süni intellekt müəllim robotunun istifadəsi etirazlardan sonra dayandırıldı

Aynur Camal

Həyat yoldaşının zirzəmi arzusu 23 ildə möhtəşəm yeraltı şəhərə çevrildi

Aynur Camal

“Trampın fəaliyyətinə dəstək rekord səviyyədə azalıb”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu