25 C
Baku
27 İyul 2024, 4:48
Baş xəbərDünya

Fransada “anti-müsəlman” jurnalistin polis tərəfindən müdafiəsi

Bugun.tv xəbər verir ki, milli mətbuatda yer alan xəbərlərə görə, daxili işlər naziri Gerald Darmanin, Fransanın LCI televiziya kanalında çalışan Mərakeş əsilli yəhudi jurnalist Ruth Elkriefin “hədəf” edildiyini iddia edərək, bu şəxsə polis tərəfindən qoruma təmin etdiklərini bildirib. Darmanin deyib ki, polisin mühafizəsi ilə bağlı qərar “Yalmaz Fransa” (LFI) partiyasının lideri Jan-Lük Melenşonun jurnalistlə bağlı sosial şəbəkədəki paylaşımından sonra verilib.

TRT Haber-in məlumatına görə, televiziya ekranlarında İsrail tərəfdarı sərt çıxışları ilə tanınan jurnalistin polis tərəfindən müdafiəsi təmin edildikdən sonra solçu deputatlar hökumətə reaksiya verib. Fələstini dəstəkləyən LFI millət vəkilləri sosial media hesablarında paylaşdıqları paylaşımlarda oktyabrın 7-dən bəri ifrat sağçı ekstremistlər tərəfindən təhdid olunduqlarını, bu təhdidləri hər fürsətdə dilə gətirdiklərini, lakin hökumətin onlara polis mühafizəsi vermədiyini bildiriblər.

Melenchon öz səhifəsində Ruth Elkrief-i “manipulyator” kimi təsvir edib ifadəsini işlətdi.

Teymur Əziz

Oxşar xəbərlər

Atmosferi çirkləndirən avtomobillərin sürücüləri barəsində tədbir görülüb

Aynur Camal

Ciorcia Meloni: Rusiya-Ukrayna məsələsi İtaliyanın G7-yə sədrliyinin mərkəzində olacaq

İntizar Əmirova

Rusiya donanması Baltik dənizində təlimlərə başladı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu