6 C
Baku
2 Aprel 2023, 1:01
Baş xəbərİdman

Gəncə şəhərində velosiped çempionatı başlayıb

Gəncə şəhərində velosipedlə çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatı başlayıb.

Bugün.tv məlumat verir ki, çempionat  Oktyabrın 6-dan 9-dək Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Gəncə şəhərində keçirilir.

Şose velosipedinin dairəvi, qrup ötüməsi və fərdi ötüşmə növləri üzrə baş tutan 4 mərhələli yarışda bütün yaş kateqoriyaları üzrə idmançılar iştirak edə bilərlər.

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının mövcud qaydalarına əsasən keçiriləcək yarışın bütün mərhələləri saat 10:00-da başlayır. Həmçinin yarışa həvəskar velosipedçilər də qatıla bilər.

Xatırladaq ki, Çempionatda ilk üç yeri tutan velosipedçilər Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyası tərəfindən medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Oxşar xəbərlər

Fransalı hücumçu “Qarabağ”da

Nigar Məmmədova

Gün ərzində Covid-19a yoluxanların sayı

Aynur Camal

Kimlərə hərbi xidmətdən möhlət hüququ verilə bilər? – HÜQUQŞÜNAS FİKRİ

Bugün TV

Şərh yazın