15.7 C
Baku
17 May 2025, 0:43
Baş xəbərSosial

Gəncədə “GreenTech II” Startap və Yaşıl Texnologiyalar müsabiqəsi təşkil edildi

Azərbaycan Texnologiya Universitetinin 55 illik yubileyi çərçivəsində Gənclər Fondu, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə “GreenTech II” Startap və Yaşıl Texnologiyalar müsabiqəsinin final mərhələsi keçirilib.

Bugun.tv -nin bölgə müxbiri xəbər verir ki, tədbirin rəsmi açılış hissəsində Texnologiya Universitetinin rektoru Yaşar Ömərov, Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov və Milli Məclisin deputatı Pərvin Kərimzadə çıxış edərək vurğulayıblar ki, müsabiqə gənclərdə ekoloji düşüncə tərzinin formalaşmasına və ekoloji məsuliyyət hissinin artırılmasına, gənclərin startap ekosistemi ilə daha yaxından tanış olmalarına, öz biznes ideyalarını ortaya çıxarmalarına və gələcəyin sahibkarları kimi yetişmələrinə müsbət təsir göstərir. Həmçinin qeyd olunub ki, bu kimi təşəbbüslər gənclərə nəzəri biliklərini praktikaya çevirmək üçün imkan yaradır və komanda şəklində işləmək bacarıqlarını aşılayır.

Müsabiqədə respublikanın 30 ali təhsil müəssisəsindən 80 komanda “Rəqəmsal ekologiya”, “Robototexnika”, “Yaşıl nəqliyyat texnologiyaları” və “Davamlı inkişaf üçün sosial innovasiyalar” olmaqla 4 kateqoriya üzrə I, II, III və həvəsləndirici yerlər uğrunda mübarizə aparıblar.

Yarışın kubokunu kateqoriyalar üzrə müvafiq olaraq Bakı Dövlət Universitetinin “Smart hidro camp”, Qarabağ Universitetinin “Sky Bi”, Milli Aviasiya Akademiyasının “Smart X”, Bakı Ali Neft Məktəbinin “Meta Yeast” komandası əldə edib.

II yerin qalibləri ADA Universitetinin “Lubre en”, Memarlıq və İnşaat Universitetinin “Robo bin”, Azərbaycan Texniki Universitetinin “City Mobility”, Milli Aviasiya Akademiyasının “Drone Flux” komandaları olub.

III yerə Xəzər Universitetinin “Uvita”, Naxçıvan Dövlət Universitetinin “Energella”, Bakı Ali Neft Məktəbinin “BHOSs”, Bakı Dövlət Universitetinin “Tech Titans”, Qərbi Kaspi Universitetinin “Doma Tech” komandaları layiq görülüb.

Həvəsləndirici yerlərdə isə Mingəçevir Dövlət Universitetinin “GreenS park/Flame Guard”, Gəncə Dövlət Universitetinin “Liquid3”, Azərbaycan Dövlət Aqrar Universitetinin “Təbii fəlakət yardımı” komandaları qərarlaşıb.

Qalib komandalar sertifikat və hədiyyələrlə təltif olunublar.

Qeyd edək ki, müsabiqə “Coca-Cola”, “Lenovo”, Səhliyalı, “Baku Electronics”, AZGRANATA və “ATS Food”un sponsorluğu ilə təşkil edilib.

Aynur Camal

Oxşar xəbərlər

Güclü qar və külək Gürcüstanda ciddi problemlər yaratdı

İntizar Əmirova

“Dərman vasitələri haqqında” qanunda dəyişiklik edildi

Kəmalə Sultan

Müdafiə nazirliyi məlumat yaydı

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu