4 C
Baku
6 Dekabr 2022, 15:12
Baş xəbər

Gəncəyə edilən hərbi təcavüzdən iki il ötür

Bugün.tv xəbər verir ki, 2020 -ci ilin bu ayında təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib, dinc əhaliyə qarşı terror əməllərini davam etdirib.

Bu gün də müharibə cinayətlərinə və terror aktlarına beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlar tərəfindən lazımi reaksiyalar birmənalı şəkildə verilməlidir ki, Ermənistan Silahlı Qüvvələrini bu çirkin və qanunsuz əməlləri davam etdirə bilməsin.

Xatırladaq ki, İşğalçı ölkənin Silahlı Qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri 2020-ci il tarixdə səhər saatlarından etibarən düşmənin silahlı qüvvələri Gəncə və Beyləqanla yanaşı, Goranboy, Göygöl, Tərtər, Zərdab və Bərdə rayonları ərazisində əhalinin kompakt olduğu məntəqələri də atəşə tutub.

İkinci Qarabağ müharibəsində ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.

Oxşar xəbərlər

İlham Əliyev idmanın inkişafında xidmətləri olan şəxsləri təltif etdi – SİYAHI

Nigar Məmmədova

Vaxtında həkim-allerqoloqa müraciət etməklə, xəstəliyin ağır formalarının inkişafının qarşısını almaq mümkündür

Aynur Camal

“8 avqust” tarixi ilə bağlı Azərbaycan əhalisinə XƏBƏRDARLIQ EDİLDİ

Aynur Camal