15 C
Baku
27 Aprel 2026, 16:02
Digər

Gecə tərləməsinin səbəbi açıqlanıb

Gecə saatlarında həddindən artıq tərləmə bəzən orqanizmdə gedən daxili proseslərlə bağlı ola bilər. Bu barədə dietoloq Colleen Fogarty-Draper HuffPost nəşrinə açıqlamasında danışıb.

Mütəxəssis bildirib ki, bu hal daha çox qadınlarda müşahidə olunur və əsas səbəb hormonal dəyişikliklərdir. Onun sözlərinə görə, estrogen və progesteron səviyyəsindəki hətta kiçik dəyişikliklər belə bədənin termorequlyasiya sistemini poza bilər. Nəticədə yuxu zamanı qəfil istilik hissi və güclü tərləmə yaranır.

Dietoloq əlavə edib ki, stress də vəziyyəti ağırlaşdıra bilər. Kortizol hormonunun səviyyəsinin artması yuxuya mənfi təsir edir və bədəndə istilik hissini gücləndirir.

Bu simptomları azaltmaq üçün mütəxəssis yataq otağında sərin temperaturun qorunmasını, yüngül geyim seçilməsini və yatmazdan əvvəl bədənin həddindən artıq isinməsinin qarşısının alınmasını tövsiyə edir.

Bununla yanaşı, o vurğulayıb ki, xüsusilə menopauza dövründə belə hallar normallaşdırılsa da, onları görməzdən gəlmək düzgün deyil. Əgər gecə tərləməsi yuxuya mane olursa, mütləq həkimə müraciət etmək lazımdır.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Yaxın Şərqdə böhran: İran Hürmüz boğazı ilə bağlı yeni təklif irəli sürdü

Aynur Camal

Yaşam keyfiyyəti ən yüksək şəhərlər müəyyənləşdi

Aynur Camal

Vüqar Bayramov: Son səfərlər Azərbaycanın geosiyasi mövqeyinin gücləndiyini göstərir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu