Texnologiya

Gecələr elektrik enerjisi istehsal edən yeni panellər kəşf edildi

Bugun.tv xəbər verir ki, alimlər günəş işığına və küləyə ehtiyac olmadan gecə saatlarında elektrik enerjisi istehsal edə bilən innovativ panel hazırlayıblar.

Məlumata görə, yeni texnologiya Yer səthinin gecə saatlarında kosmosa istilik yayması prinsipinə əsaslanır. Tədqiqatçılar bu istilik fərqindən istifadə edərək elektrik enerjisi əldə etməyə nail olublar.

Mütəxəssislərin sözlərinə görə, panel gün ərzində enerji toplamaq əvəzinə, gecə saatlarında ətraf mühit və kosmos arasındakı temperatur fərqindən yararlanır. Bu üsul xüsusilə günəş panellərinin işləmədiyi gecə vaxtı enerji istehsalını mümkün edə bilər.

Araşdırma müəllifləri bildiriblər ki, texnologiya hələ inkişaf mərhələsində olsa da, gələcəkdə uzaq yaşayış məntəqələrinin enerji təminatında, sensor sistemlərdə və kiçik elektron cihazların enerji ilə təchizatında istifadə oluna bilər.

Alimlər hesab edirlər ki, yeni panel bərpa olunan enerji sahəsində mühüm yeniliklərdən biri ola bilər. Çünki o, günəş və külək enerjisindən fərqli olaraq, gecə saatlarında da enerji istehsalını davam etdirmək potensialına malikdir.

Mütəxəssislər texnologiyanın daha da təkmilləşdirilməsi ilə onun kommersiya məqsədli istifadəsinin mümkün olacağını və enerji sektorunda yeni imkanlar yaradacağını qeyd edirlər.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Snapchat yeniyetmələr üçün gündəlik istifadə limitləri tətbiq etməyə hazırlaşır

Aynur Camal

Apple süni intellekt serverləri bazarına qayıda bilər: Nvidia texnologiyası nəzərdən keçirilir

Aynur Camal

Bir ananın paylaşımı Meta-nı süni intellekt funksiyasını dəyişməyə məcbur etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu