İngiltərədə 37 məhbus təsadüfən ölkə daxilində həbsxanalardan vaxtından əvvəl azad edilib. Məhkumlardan 5-i hələ də cəzaçəkmə müəssisəsinə qayıtmasa da, bu hadisəyə onların səhvən ləğv edilmiş qanunvericilik dairəsinə salınması səbəb olduğu açıqlanıb.
İngiltərə mətbuatında yer alan xəbərlərə görə, Ədliyyə Nazirliyi mənbələri, hökumətin həbsxanalardakı sıxlığı azaltmaq üçün başlatdığı erkən azad etmə proqramı çərçivəsində sentyabrın 10-da səhvən 37 məhbusun sərbəst buraxıldığını bildirib.
Çaşqınlıq və yanlışlığa məhkumların səhvən ləğv edilmiş qanunvericilik dairəsinə daxil edilməsi ilə bağlı olduğu izah edilib.
Bildirilib ki, səhvən azadlığa buraxılan məhbuslar müəyyən cinayətlərdə təqsirli bilinən şəxslərin azadlığa buraxılmamasına yönəldilən güzəştlərə şamil edilməyib. Bu səhv nəticəsində azadlığa çıxan 5 məhbusun hələ də həbsxanaya qayıtmadığı öyrənilib.
İngiltərə Ədliyyə Nazirliyinin sözçüsü Sky News-a verdiyi açıqlamada sərbəst buraxılan cinayətkarların təcili olaraq nəzarətə götürülməsini təmin etmək üçün polislə birlikdə çalışdıqlarını bildirib və deyib: “Məhkumlar qüvvədə qalır və cinayətkarlar nəzarətə götürülüb. Onlar tezliklə dəmir barmaqlıqlar arxasına qayıdacaqlar” deyə o bildirib.
Mənbə: TGRT