Bugün.tv xəbər verir ki, ekranlara “Günahsız qatil” filmi gəlir. O Beynəlxalq Film Televiziyasının layihəsidir. Efir vaxtı 1 saat 30 dəqiqılik olan bədii film dram və komediya janrında çəkilib.
Bu barədə layihənin rəhbəri Tehran Osmanov Bugün.tv-yə müsahibəsində bildirib. Onun sözlərinə görə, quruluşçu rejissoru Mircəlil Ağayev, rejissor assenti Nəzrin Heydərova olan “Günahsız qatil” filmi Yusif adlı baş obrazın ailəsinin qətlə yetirilməsi ilə başlayır. Bütün hadisələr bundan sonra dəyişir.
“Filmdə baş rollarda Azər Əsgərov və mən rol almışam. Digər obrazları isə Rəvan Əsədov, Ozal Qəhramanov, Yusif Tarverdizadə, Fərhad Qafarov, Aydan Əlizadə və.s canlandırır. “Günahsız qatilin” yayımı kinoteatr və televiziyalar üçün nəzərdə tutulub. Tamaşaçıları möhtəşəm Qala gecesi gözləyir. Bədii filmə Azərbaycan və qardaş ölkə Türkiyədən geniş media və reklam dəstəyi verilir”, – deyə, Tehran Osmanov qeyd edib.
Təşkilati dəstəkçilər sırasında Alben Film Yapım, Aksu Film Yapım, MgMedia Yapım, Mavi Media Yapım, Arslan Film Yapım, “Kadına Yönelik Şiddetle Mücadile Dernegi”, “Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyi, Media Tədris Mərkəzi, “Bugün TV Media Qurumu”, News Suny Production, Azərbaycan İncəsənət Məktəbi, Coco Bell Models, Red Fox-da var.
“Günahsız qatil” filminin oktyabr ayının sonu, noyabr ayının əvvəlləri yayıma verilməsi nəzərdə tutulur.