26 C
Baku
17 Sentyabr 2026, 18:12
güclü qadınlar, qadın tarixi, tarixi qadınlar, qadın yazıçılar, yeni kitablar, Ruriklər, Uoll-strit qadınları, kitab tövsiyələri
Baş xəbər

Gündə cəmi 5 dəqiqə kitab oxumaq orqanizmə necə təsir edir?

Bugun.tv xəbər verir ki, yeni araşdırma gündə cəmi 5 dəqiqə bədii mətn oxumağın stressin azalmasına və diqqətin yaxşılaşmasına təsir göstərə biləcəyini ortaya qoyub.

Tədqiqat zamanı alimlər iştirakçıların beyin fəaliyyətini və dəri keçiriciliyi kimi fizioloji göstəricilərini izləyiblər. Nəticələrə görə, 5 dəqiqə bədii mətn oxuduqdan sonra stresslə bağlı göstəricilər təxminən 20 faiz azalıb. İştirakçılar sonrakı tapşırıqların öhdəsindən daha yaxşı gəlib və diqqət səviyyələrində də təxminən 11 faizlik artım müşahidə olunub.

Mütəxəssislər bildirirlər ki, oxumaq zamanı insan diqqətini gündəlik problemlərdən və xarici qıcıqlandırıcılardan yayındıraraq mətnə yönəldir. Bu, qısa müddətlik psixoloji və fizioloji rahatlama yarada bilər.

Araşdırmada söhbətin məhz qısa müddətli təsirdən getdiyi vurğulanır. Yəni 5 dəqiqəlik oxunun uzunmüddətli olaraq narahatlıq, depressiya və ya digər problemləri müalicə etdiyi sübut olunmayıb. Eyni zamanda müşahidə xarakterli digər araşdırmalar müntəzəm kitab oxumağın yaşlı insanlarda koqnitiv sağlamlıq göstəriciləri ilə əlaqəli olduğunu göstərir.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: “Avropa İttifaqı yeni “NATO” yaradır”

Aynur Camal

Vüqar Bayramov: “Avropa Parlamentindəki korrupsiya qalmaqalı ikili standartlarla bağlı suallar yaradır”

Aynur Camal

Formula 1 2027-ci ilin təqvimini açıqladı: Türkiyə də yarışlara qayıdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu