4 C
Baku
11 Fevral 2026, 21:09
Dünya

Həkim D vitamininin əlçatan mənbələrini açıqladı

D vitamini, D vitamini mənbələri, günəş şüaları, D vitamini çatışmazlığı, balıq yağı, yumurta sarısı, kərə yağı, sərt pendir, siyənək balığı, dəri xərçəngi riski, günəşdən qoruyucu krem, sağlam qidalanma, vitaminlər, ultrabənövşəyi şüalar, həkim tövsiyəsi

D vitamini əsasən günəş şüalarının təsiri ilə insan orqanizmində sintez olunur.

Lakin Rusiyada əhalinin böyük hissəsində bu vitaminin çatışmazlığı müşahidə edilir. Bu səbəbdən D vitaminini qida vasitəsilə qəbul etmək vacib hesab olunur.

Bugun.tv xəbər verir ki, bu barədə “Gazeta.Ru”ya Piroqov Universitetinin onkologiya və şüa terapiyası kafedrasının dosenti Nikolay Kudaşkin məlumat verib.

Həkimin sözlərinə görə, D vitamininin ən əlçatan qida mənbələri arasında siyənək balığı, yumurta sarısı, kərə yağı, sərt pendirlər və digər məhsullar yer alır.

O bildirib ki, günəş şüaları D vitamininin yaranmasına kömək etsə də, uzun müddət günəş altında qalmaq dəri xərçəngi riskini artıra bilər. Ultrabənövşəyi şüalanma dəri xərçəngi üçün ən əsas risk faktorlarından biri hesab olunur.

Mütəxəssis qeyd edib ki, D vitamini ilə zəngin məhsullar sırasında balıq yağı, qızılbalıq, skumbriya, forel, treska qaraciyəri, paltoz balığı, ilanbalığı kimi qidalar da mövcuddur.

Həkim vurğulayıb ki, günəş işığının çatışmazlığı müxtəlif xəstəliklərə səbəb ola bilər. Lakin dəri xərçəngi riskini azaltmaq üçün həddindən artıq günəşlənmədən və günəş yanığından qaçmaq lazımdır.

O əlavə edib ki, günəşdən qoruyucu kremlər ultrabənövşəyi şüaların dəriyə zərərli təsirini azaldır və xüsusilə açıq dərili, açıq saçlı, açıq gözlü şəxslərin bu vasitələrdən istifadə etməsi daha vacibdir.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Lavrov: Ukrayna ilə Rusiyanın maraqlarına zidd sülh sazişi imzalanmayacaq

Aynur Camal

Müsəlmanlara qarşı ayrı-seçkiliyə görə CNews kanalına 100 min avro cərimə

Aynur Camal

Zelenski: Rusiya hücumları diplomatiyaya inamı sarsıdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu