25 C
Baku
24 Sentyabr 2026, 23:48
Digər

Hakan Fidan rusiyalı həmkarı ilə Ukraynada müharibənin hazırkı vəziyyətini müzakirə etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan cümə axşamı, avqustun 7-də rusiyalı həmkarı Sergey Lavrov ilə telefon danışığı aparıb.

Bugun.tv Anadolu agentliyinə istinadla xəbər verir ki, söhbət zamanı əsas diqqət Rusiya ilə Ukrayna arasında danışıqlarla bağlı son hadisələrə yönəlib.

Türkiyə Xarici İşlər Nazirliyinin mənbələri agentliyə bildiriblər ki, görüşdə 2022-ci ilin fevralında başlayan münaqişənin həllinə yönəlmiş danışıqların hazırkı vəziyyəti müzakirə olunub.

Hakan Fidan qeyd edib ki, Türkiyə Rusiya ilə Ukrayna arasında vasitəçilik rolunu oynayıb, münaqişənin ilk aylarında sülh dialoqu təşəbbüsünü irəli sürüb və daha sonra – bu ilin may, iyun və iyul aylarında İstanbulda tərəflər arasında yenilənmiş danışıqlara ev sahibliyi edib.

Mənbə: AZƏRTAC

Bugün TV

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu