Maraqlı faktlar

Hamiləlikdə UPatch adlı geyilə bilən ultrasəs cihazı icad edildi

Bugun.tv xəbər verir ki, alimlər ana bətnindəki körpənin sağlamlığını davamlı izləyə bilən yeni ultrasəs cihazı hazırlayıblar. “UPatch” adlanan yapışqan ultrasəs yamağı dölün vəziyyətini real vaxt rejimində izləməyə imkan verir.

Stanford Universitetinin professoru Şenq Xunun rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu tərəfindən hazırlanan cihaz göbək ciyəsi və qan axını kimi vacib göstəriciləri saatlarla izləyə bilir. Araşdırmanın nəticələri nüfuzlu “Nature Biotechnology” jurnalında dərc olunub.

Tədqiqatçılar bildiriblər ki, mövcud ultrasəs üsulları əsasən qısa müddətli görüntülər təqdim edir və bəzən yanlış həyəcan siqnalları yaradır. Yeni UPatch texnologiyası isə həkim iştirakı olmadan davamlı monitorinq aparmağı hədəfləyir.

62 hamilə qadının iştirakı ilə keçirilən sınaqlarda cihazın nəticələri standart ultrasəs müayinələri ilə demək olar ki, eyni olub. Araşdırma zamanı ağır preeklampsiya halında qan axınındakı təhlükəli dəyişikliklərin vaxtında aşkarlanması həkimlərin erkən müdaxiləsinə imkan yaradıb.

Alimlər hesab edirlər ki, gələcəkdə cihazın tam simsiz versiyası hazırlanarsa, xüsusilə tibbi resursların məhdud olduğu bölgələrdə prenatal müayinələr üçün böyük imkanlar yarana bilər.

Mənbə: Euronews

Aynur Camal

Oxşar xəbərlər

Bilirdinizmi ki, Yer hər saniyədə 460 metr sürətlə fırlanır?

Aynur Camal

Bilirdinizmi ki, beynimiz gecə daha aktiv işləyir?

Aynur Camal

NASA: TESS teleskopu 6.000-dən çox yeni dünya aşkarladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu