Yatmaq vərdişləri
Səhiyyə

Həkim yuxusuzluqla mübarizə yollarını açıqladı

Bugun.tv xəbər verir ki, somnoloq və nevroloq Yelena Tsaryova yuxusuzluğun çox vaxt başqa sağlamlıq problemlərinin əlaməti olduğunu bildirib.

Mütəxəssisin sözlərinə görə, bir çox insan gündə 4–5 saat yatmağa alışdığı üçün bunu problem hesab etmir. Lakin yuxusuzluq xroniki mərhələyə keçdikdə orqanizmin bərpa funksiyası zəifləyir və sağlamlıq üçün ciddi risklər yaranır.

Həkim qeyd edib ki, yuxunun keyfiyyətinə ən çox hormonal dəyişikliklər təsir edir. Xüsusilə qalxanabənzər vəz problemləri və endokrin pozuntular yuxu ritmini ciddi şəkildə poza bilər.

Somnoloq bildirib ki, stress və narahatlıq zamanı kortizol hormonunun səviyyəsi yüksəlir və bu da insanın yuxuya getməsini çətinləşdirir. Depressiya isə əksinə, insanın tez-tez erkən oyanmasına səbəb olur.

Yelena Tsaryova vurğulayıb ki, yuxusuzluğun əsas səbəbini müəyyən etmək üçün mütləq tibbi müayinədən keçmək lazımdır.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Evdə havanın təmizlənməsi beynin fəaliyyətini yaxşılaşdıra bilər

Aynur Camal

Eşitmə zəifliyinin səbəbi təkcə yaşlanma olmaya bilər — həkimlər bir sıra xəstəliklərə diqqət çəkirlər

Aynur Camal

Hər nəfəs beynin fəaliyyətinə təsir edir — alimlər yeni əlaqə aşkar edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu