Dünya

Haniyə sui-qəsdindən sonra İsraildən flaş qərar: Bütün uçuşlara bağlanıldı

Beyrut və Tehrandakı hücumlardan sonra bölgədə yaranan gərginliyə görə İsrail rəhbərliyinin ölkənin şimalını uçuşlara bağladığı bildirilib.

İsrail mətbuatında yer alan xəbərdə ölkənin şimalındakı hava sahəsinin Təl-Əvivin üzərində yerləşən Hadera şəhərindən başlayaraq uçuşlara bağlandığı bildirilib.

Uçuş qadağasının 24 saat ərzində həyata keçiriləcəyi və bölgədə yollarda heç bir məhdudiyyətin olmadığı bildirilib.

İsrail ordusu ötən gün Livanın paytaxtı Beyruta təşkil etdiyi hava hücumunda Hizbullah komandirlərindən Fuad Şükürü öldürdüyünü açıqlayıb.

Bu gün səhər tezdən HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İranın paytaxtı Tehranda sui-qəsd nəticəsində öldürülüb.

Mənbə: Haber Global

Kəmalə Sultan

Oxşar xəbərlər

“Johnson & Johnson” şirkətinin gəliri 25,4 milyard dollara çatdı

Aynur Camal

Pastorun “dünyanın sonu” ilə bağlı iddiası sosial şəbəkələrdə müzakirələrə səbəb oldu

Aynur Camal

Hava limanında uçuşlarla bağlı məhdudiyyətlər davam edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu